ABŞ-ın Dallas şəhərində adi məişət mübahisəsi atışmaya çevrilib.
DenMedia.az xəbər verir ki, Fox News-un yazdığına görə, insidentin səbəbi qapını açıq saxlayan qadına “təşəkkür” edilməməsi olub.
Hadisə PetSmart mağazasının dayanacağında baş verib. 41 yaşlı Sesiliya Simpson bir neçə güllə yarası alıb.
Polisin məlumatına görə, mübahisə bundan əvvəl qonşu mağaza — Five Below-da başlayıb.
Simpson qapını 22 yaşlı Keona Zekiyu Hempton üçün açıq saxlayıb, lakin o, “sağ ol” deməyib.
Bundan sonra aralarında mübahisə yaranıb.
Mağaza əməkdaşları Hemptondan binanı tərk etməyi xahiş etdikdən sonra o, Simpsonun maşınına şüşə butulka atıb və daha sonra tapança çıxararaq üç dəfə atəş açıb.
Hadisə şahidi olan tibb bacısı təcili yardım gələnə qədər yaralıya ilkin tibbi yardım göstərib.
Atəş açan qadın həmin axşam avtomobili saxlanılarkən həbs olunub.
O, Simpsonla mübahisə etdiyini etiraf edib, lakin silahı yalnız “fiziki qarşıdurmadan sonra” çıxardığını bildirib.