23 
may
2023
01:12
178

“Forsaj 10”un debütü uğurlu oldu

23 may, 2023
01:12
178

“Forsaj 10”un debütü uğurlu oldu

“Forsaj 10” filmi açılış həftəsonunda dünya üzrə 319 milyon dollar qazanıb.

Toplanan məbləğin 67,5 milyon dolları ABŞ və Kanada, 251,4 milyon dolları isə Çin də daxil olmaqla beynəlxalq ərazilərdən əldə olunub.

Bu, filmin 8-ci (532 milyon dollar) və 7-ci (397,6 milyon dollar) hissələrindən sonra françayzinq tarixində üçüncü ən yaxşı debütdür.

Filmin süjeti Dominik Toretto (Vin Dizel) və onun yarışçı ailəsinin hekayəsini davam etdirir. Bu dəfə qəhrəmanlar narkobaron Dantenin yaramaz oğlu (Ceysin Momoa) ilə qarşılaşırlar.
Filmdə həmçinin Mişel Rodriqes, Bri Larson, Şarliz Teron, Con Cena, Helen Mirren, Dueyn Conson və Qal Qadot çəkilib. Ekran əsərinin rejissoru Luis Leteryedir.

Qeyd edək ki, kinosaqanın həvəskarları “Forsaj 10” filmini “CinemaPlus” kinoteatrlar şəbəkəsində də izləyə bilərlər.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar