12 
okt
2023
15:30
247

Tarixin ikinci ən böyük CEKPOTUNU QAZANDI

12 okt, 2023
15:30
247

Tarixin ikinci ən böyük CEKPOTUNU QAZANDI

Amerikalı ABŞ tarixində ikinci ən böyük "Powerball" cekpotunu qazanıb.

Den.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı lotereyada 1,76 milyard dollar udaraq ölkə tarixində ikinci ən böyük uduş və tarixdə ən böyük "Powerball" cekpotlarından birini əldə edib.

Şanslı qalib Kaliforniya sakini olub, onun adı hələ açıqlanmayıb. Bu yay orada 1,08 milyard dollar dəyərində daha bir cekpot udulub. Avqust ayında Floridada bir bilet 1,58 milyard dollarlıq Mega Millions cekpotu qazanıb.

Mükafatın qalibinə seçim imkanı verilir: ya bütün məbləği 29 il ərzində hissə-hissə alır, ya da bir dəfə 774 milyon dollar . Uduşlarına görə o, məbləğin 24-37 faizi həcmində vergi ödəməlidir.

Ən böyük "Powerball" lotereya cekpotu 2022-ci il noyabrın 7-də udulub. Bilet Kaliforniyanın Altadena şəhərində satılıb. Onun sahibi 2,04 milyard dollar udub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar