Amerikalı violonçel ifaçısı Brian King Joseph Hollivud aktyoru və musiqiçisi Uill Smiti cinsi xarakterli təzyiqlərdə ittiham edərək Los-Anceles məhkəməsinə iddia ərizəsi təqdim edib. Bu barədə Fox News məlumat yayıb.
Məhkəmə sənədlərində bildirilir ki, təqdim olunan faktlar Smitin Cozeflə qəsdən etimad münasibəti quraraq sonradan onu cinsi istismara məruz qoymaq niyyəti güddüyünü göstərir.
İddia ərizəsində qeyd olunur:
“Hadisələrin ardıcıllığı, Smitin əvvəlki açıqlamaları və otel otağına daxilolma şəraiti bunun tək bir insident deyil, yırtıcı davranış modeli olduğunu göstərir.”
Məlumata görə, hadisə 2025-ci ildə Las-Veqasda baş verib. İddiaya əsasən, Smit Cozefi musiqi turunda iştirak üçün işə götürüb.
Violonçelin sözlərinə görə, naməlum şəxs onun otel otağına daxil olaraq belə məzmunlu qeyd qoyub: “Brayan, gec olmayaraq — saat 5:30-da qayıdacağam, yalnız ikimiz (ürək işarəsi), Stoun F.”
Cozef bildirir ki, məsələ ilə bağlı işəgötürənə şikayət etdikdən sonra işdən çıxarılıb. O, hazırda mənəvi, maliyyə və reputasiya zərərinin ödənilməsini tələb edir.

