Türkiyəli müğənni Yıldız Tilbe ötən ay Qəzzada çadır şəhərciyinin qurulması üçün Qüds Könüllüləri Dərnəyinə 300 min dollar ianə edib. Yıldız Tilbenin adını daşıyacaq çadır şəhərciyinin qurulmasına artıq başlanılıb.

Dərnək sosial şəbəkə hesabında paylaşım edərək ərazidə dağıntıların sürətlə təmizləndiyini göstərib və aşağıdakı qeydi paylaşıb:
Yıldız Tilbe Qəzzada iki ayrı çadır şəhərciyinin yaradılması üçün Qüds Könüllüləri Dərnəyinə 300 min dollar təhvil vermişdi. Biz də bu məbləği dərhal Qəzzadakı Mevedde Yardım Təşkilatına çatdıraraq çadır şəhərciklərinin inşasına başladıq. Allahın izni ilə çadır şəhərcikləri Ramazan ayına qədər tamamlanacaq. Ramazan ayı ilə birlikdə çadırlarda yaşayan Fələstinli qardaşlarımıza iftarlar veriləcək.
Məlumata görə, Yıldız Tilbe Fələstin üçün yardım dəstəyini bundan sonra da davam etdirməyi planlaşdırır.


