Son olaraq Sandıq Kokusu serialında tamaşaçı qarşısına çıxan Nesrin Cavadzadenin yeni layihəsi bəlli olub. Uğurlu aktrisa Kanal D üçün hazırlanan və Pastel Film imzası daşıyan “Daha On Yeddi” adlı serialın heyətinə daxil edilib.
Ağır Roman Yeni Dünya, Küçük Ağa, Bizim Hikaye, Yasak Elma, Şahane Hayatım və Sandıq Kokusu kimi səs-küy doğuran layihələrdə rol alan Nesrin Cavadzade bu serialla çəkiliş meydanlarına iddialı dönüş etməyə hazırlaşır. Yeni layihədə o, hekayənin mərkəzində yer alan Şebnem obrazına həyat verəcək və yenə güclü bir rolla tamaşaçı qarşısına çıxacaq.

Serialın rejissoru Emre Kabakuşak, ssenarinin müəllifləri isə Redife Zerener və Gökhan Korkusuzdur. Çəkilişlərin Bodrumda aparılması planlaşdırılır.
Nesrin Cavadzade 30 iyul 1982-ci ildə Bakıda anadan olub. O, Şahika Tekand Studio Oyuncularında iki il aktyorluq təhsili alıb. Aktrisa türk dili ilə yanaşı rus, ingilis və fransız dillərini də bilir.

Universitet təhsilindən sonra “Yersiz Yurtsuz” serialında baş rolda çəkilən Cavadzade, ardınca “Dilber’in Sekiz Günü” filmində rol alıb. Bu filmdəki performansı ona Erzurum, Bursa və Ankara Film Festivallarında “Ən Yaxşı Qadın Aktrisa” mükafatlarını qazandırıb. Daha sonra Cemal Şanın “Acı” filmindəki roluna görə yenidən Erzurum Film Festivalında eyni mükafata layiq görülüb.
Aktrisa bir müddət fasilə verdiyi televiziya karyerasına “Samanyolu” serialı ilə qayıdıb. 2011-ci ildən etibarən “Al Yazmalım” serialında rol almağa başlayan Nesrin Cavadzade, eyni il Hasan Tolga Pulatın rejissoru olduğu “Güzel Günler Göreceğiz” və Murat Saraçoğlunun çəkdiyi “Yangın Var” filmlərində də baş rolları canlandırıb.

