İki il əvvəl nikah masasına oturan cütlük oğulları Fikretin dünyaya gəlməsi ilə valideynlik sevincini yaşayıb. Sosial şəbəkələrdə zaman-zaman ailə fotolarını paylaşan Kaan Yıldırım bu dəfə oğlu ilə yeni fotosunu izləyicilərinə təqdim edib.

Ata-oğulun səmimi kadrı qısa zamanda böyük maraq doğurub.

Qeyd edək ki, cütlük 17 sentyabr 2024-cü ildə İtaliyanın paytaxtı Rome şəhərində sadə mərasimlə ailə qurmuşdu. Onların övladı 1 aprel 2025-ci ildə dünyaya gəlib.

Pınar Deniz bir müddət əvvəl analıqdan sonra həyatının dəyişdiyini bildirib:
“Uşaq böyütmək kənardan göründüyü qədər asan deyilmiş. Dəstəyi olmayan bütün anaları təbrik edirəm. Çox çətindir. Biz beş bacı-qardaşıq, anam bizi necə böyüdüb, indi daha yaxşı anlayıram. Kaan olmasa çox çətin olardı. Yaxşı həyat yoldaşı və yaxşı ata – bir ana üçün ən böyük şansdır.”
Aktrisa yaxın zamanda yenidən işə qayıdacağını da açıqlayıb.


