Məşhur Avstraliyalı aktrisa Nikol Kidman və musiqiçi Kit Urban demək olar ki, 20 illik evliliklərini bitirir. TMZ-nin məlumatına görə, cütlük artıq bir neçə aydır ayrı yaşayır — Kit hələ iyun 2025-ci ildə onların Neşvilldəki ümumi evini tərk edib.
Rəsmi açıqlama olmasa da, insayderlər ayrılığın təşəbbüskarı kimi Kit Urbana işarə edir. Məlumata görə, Nikol bu evliliyi qorumaq üçün sonadək mübarizə aparıb. People nəşrinin yazdığına görə, "O bunu istəmirdi. O, ailəsini qorumağa çalışırdı", — deyə yaxın çevrədən biri bildirib.
Buna sübut olaraq, Nikol bu yay 19-cu evlilik ildönümünü sosial şəbəkədə qeyd edərək Kiti təbrik etmişdi və onların birgə fotosunu paylaşmışdı.
Uzaq düşmənin təsiri
Cütlüyün ayrılığına səbəb kimi sıx iş qrafiki və az görüş imkanları göstərilir. “Ya Nikol çəkilişlərdə olur, ya da Kit səfərdədir,” – deyə Daily Mail-ə danışan mənbə bildirib. Qeyd olunur ki, bu, onların münasibətlərinə soyuqluq gətirib.
Əslində, bu, onların ilk böhranı deyil. 2013-cü ildə Kit Urban Ellen DeGeneres şousunda evliliklərinin çətin dönəm yaşadığını etiraf etmişdi. Lakin o zaman cütlük münasibətlərini xilas edə bilmişdi.
Ailə və keçmiş münasibətlər
Cütlük 2005-ci ildə G'Day USA konsertində tanış olmuş, bir il sonra isə evlənmişdi. Onların iki övladı var:
-
Sandei Rouz (17 yaş)
-
Feyt Marqaret (14 yaş)
Nikol Kidman daha əvvəl Tom Kruz ilə 1990–2001-ci illər arasında evli olub. Onların birlikdə iki övladlığa götürülmüş uşağı var:
-
Bella (32 yaş)
-
Konor (30 yaş)
Kit Urban isə Kidlə evlənməzdən əvvəl veterinar həkim Laura Ziegler və model Niki Taylor ilə münasibətdə olub.


