Türkiyəli müğənni İrem Derici yenidən şəxsi həyatı ilə gündəmə gəlib. Qısa müddət əvvəl Melih Kunukçu ilə ailə arasında təşkil olunan mərasimlə nişanlanan sənətçinin ayrıldığı iddia olunur.

Derici sosial media hesabından nişan mərasiminə aid bütün fotoları silib, Kunukçunu isə takipdən çıxarıb. Bu addım ayrılıq iddialarını daha da gücləndirib.

Xatırladaq ki, sənətçi daha əvvəl nişan tarixi ilə bağlı zarafatla hüquq-mühafizə orqanlarına müraciət edərək:
“3 fevralda nişanım var, xahiş edirəm saxlamayın”
– demişdi.
Nişan mərasimindən sonra paylaşdıqları romantik fotolar sosial şəbəkələrdə böyük maraq doğurmuşdu. Lakin indi həmin görüntülərin silinməsi diqqət çəkib.
Ayrılıq iddialarına birbaşa cavab verməsə də, İrem Derici paylaşımında üstüörtülü mesaj verib:
“Əlinizə möhtəşəm bir brilyant keçir… İstedadlı, azad, vizyonlu… Amma o brilyantı necə bu hala salmaq olar?”
Sənətçi sözlərinin davamında özünə inamlı mesaj verərək bildirib:
“İrem özünə qayıtdı. İrem 2026-nın içindən keçəcək. Gözləyin.”
Hazırda cütlük tərəfindən rəsmi ayrılıq açıqlaması verilməyib.


