Türkiyədə “İşte Benim Stilim” yarışması ilə tanınan və daha sonra sosial media fenomeninə çevrilən Ayşegül Erarslan evində ölü tapılıb.
Hadisə gecə saatlarında Ortabayır məhəlləsində baş verib. Məlumata görə, moda dizayneri və sosial media fenomeni Ayşegül Erarslandan xəbər ala bilməyən yaxınları onun evinə gəliblər. Qapını döysələr də, heç kim açmayıb və Erarslanla əlaqə saxlamaq mümkün olmayıb. Bundan sonra yaxınları polisə məlumat veriblər.
Hadisə yerinə gələn polis əməkdaşları mənzilə daxil olduqda Ayşegül Erarslanın hərəkətsiz vəziyyətdə olduğunu görüblər.
Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları aparılan yoxlama zamanı Eraslanın həyatını itirdiyini müəyyən ediblər.

Olay yerində istintaq qrupu və prokurorluq nümayəndələri araşdırma aparıb. Daha sonra Eraslanın meyiti məhkəmə-tibbi ekspertiza üçün morqa aparılıb.
Hadisədən sonra Eraslanın sosial şəbəkədə etdiyi son paylaşımlar da diqqət çəkib. Bildirilir ki, o, ölümündən bir neçə saat əvvəl Instagram hesabında şəxsi düşüncələrini əks etdirən bir qeyd paylaşmışdı.

Bundan sonra Erarslanın paylaşdığı qanlı dəftər şəkli də müzakirələrə səbəb olub. Dəftərdə onun şəxsi hisslərini əks etdirən qeydlərin olduğu bildirilir.

Qeydlərdə Erarslanın həyatı boyunca çətinliklər yaşadığını və hisslərini ifadə edən sözlər yazdığı qeyd olunub.
Hazırda polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.

