Pakistanda aktrisa evində ölü halda tapılıb.
Den.az xarici mediaya istinadla bildirir ki, hadisə Kareçi şəhərində qeydə alınıb.
Məhkəmə ev sahibinin kirayə borcu ilə bağlı iddiasından sonra mənzilə zorla daxil olub kirayəçinin çıxarılmasına qərar verib. Polis əməkdaşları qərara əsasən qapını sındıraraq, tanınmış aktrisa və model Humayra Asqarın yaşadığı həmin mənzilə daxil olublar.
Bu zaman polislər 32 yaşlı aktrisanın çürümüş meyiti ilə qarşılaşıblar. Məhkəmə-tibbi eksperti ilkin baxış zamanı qızın təxminən 20 gün əvvəl öldüyünü iddia edib.
Qeyd olunur ki, Humayra Asqar sosial şəbəkələrdə çox paylaşımlar etmirmiş və yalnız yaşayırmış.
Hadisə ictimaiyyət arasında hüznlə qarşılanıb və başsağlığı mesajları sosial şəbəkələrdə paylaşılıb. Həmçinin insanlar Pakistanda tənha insanlara diqqət göstərilməməsindən gileyləniblər.