Sosial media fenomeni və iş qadını Dilan Polat gözlədiyi körpəsini itirdiyini açıqlayıb.
Uzun müddətdir süni mayalanma müalicəsi alan və üçüncü övladını gözləyən Polatın hamiləliyi qanaxmadan sonra sonlanıb.
Onun sosial mediada susqun qalmasından sonra ilk açıqlama bacısı Sıla Doğudan gəlib.
“Kaş sizə yaxşı xəbərlər verə bilsəydim, amma təəssüf ki, verə bilmirəm. Süni mayalanma ilə başlayan hamiləlik qanaxmadan sonra sona çatdı. Bu, Allahın qisməti idi,” — deyə o bildirib.
Bir müddət sonra Dilan Polat özü də danışaraq yaşadığı prosesi izah edib.
“Təəssüf ki, uğursuz hadisə yaşadıq. Bir neçə gündür qarın ağrım var idi. Dünən ləkələnmə oldu, bu səhər isə şok yaşadım. Həkimə getdik, hamiləlikdə geriləmə var idi və düşük baş verdi. Kiçik bir əməliyyat keçirdim,” — deyə Polat bildirib.
O əlavə edib ki, bəlkə də bu vəziyyət “daha xeyirli” hesab edilib.
Hadisədən sonra Polatın vəziyyətinin yaxşı olduğu qeyd edilib. Sosial mediada ona minlərlə dəstək mesajı göndərilib.
Polat hər kəsə təşəkkür edib və bir müddət dincələcəyini bildirib.

