Türkiyənin tanınmış müğənnisi Banu Parlakın gözəllik salonuna hücum edilib.
Den.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə saat 02 radələrində müğənni Banu Parlakın İstanbulun Bahçeşehir qəsəbəsindəki gözəllik mərkəzini motosikletli iki nəfər atəşə tutub.
Səhər saat 05 radələrində isə gözəllik mərkəzində növbəti hücum baş verib. Bu hücumda 4 güllə mərkəzin şüşələrinə dəyib. Banu Parlak bildirib ki, Dilan Polat hadisədən əvvəl ona zəng edərək hədələyib:
“Hadisədən əvvəl Dilan Polat mənə zəng etmişdi. Dedi ki, Sılanı həbsxanaya salıblar, Engini də, məni də aparacaqlar, bizim haqqımızda paylaşım etmə, uşağın var, bunu etmə deyib hədələdi”.
Qeyd edək ki, Banu Parlak günlər öncə sosial mediada video paylaşaraq Dilan Polatın onu təhdid etdiyini bildirib: "Mənə bir şey olsa, Dilan Polat və Engin məsuliyyət daşıyır".
Tanınmış müğənninin gözəllik salonuna ATƏŞ AÇILDI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.