Aktyor Ben Afflek boşanmadan sonra keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyon dollarlıq evi bağışlayıb. Bu barədə TMZ məlumat yayıb.
Ben Afflek malikanədəki bütün payını Jennifer Lopezə ötürüb. TMZ redaksiyasının əldə etdiyi məhkəmə sənədlərinə görə, tərəflər əmlakın bölünməsi ilə bağlı razılaşmanı dəyişiblər və sənəddə “ər-arvad arasında əmlakın ötürülməsi” qeyd olunub. Cütlük bu evi 2023-cü ilin mayında almışdı və bunun üçün 60 min dollar xərcləmişdi. Bundan əlavə, onlar abadlaşdırma işlərinə bir neçə milyon dollar sərf ediblər.
Qeyd edək ki, Jennifer dörd dəfə evli olub. 1997–1998-ci illərdə ofisiant Oxani Noa, 2001–2002-ci illərdə rəqqas Kris Cadd ilə evli olub. Jennifer Lopezin üçüncü həyat yoldaşı müğənni Mark Entoni olub: onlar 2004-cü ildə evlənib, 2008-ci ildə Maks və Emmi adlı əkizləri dünyaya gəlib, 2011-ci ildə isə ayrılıblar.

16 iyul 2022-ci ildə Jennifer Lopez və aktyor Ben Afflek ilk nişanlarından 20 il sonra evləniblər. 20 avqust 2024-cü ildə onların boşandığı məlum olub. Aktrisa sənədləri vəkil olmadan Los-Anceles Ali Məhkəməsinə təqdim edib və ayrılıq tarixi kimi 26 aprel göstərilib.

