Dünya şöhrətli müğənni Cennifer Lopez və aktyor Ben Afflek illərdir Hollivudun ən çox danışılan sevgi hekayələrindən birinə imza atmışdı. Dəfələrlə ayrılıb-barışan cütlük uzun fasilədən sonra yenidən bir araya gələrək münasibətlərinə ikinci şans verdi və evliliklə bu sevgini rəsmiləşdirdi.
Xoşbəxtliklərini ailələri üçün milyonlarla dollar xərcləyərək aldıqları möhtəşəm malikanə ilə taclandıran Lopez və Afflek, görünür, bu dəfə də istədiklərini əldə edə bilmədi. Münasibətin yenidən dağılması boşanma ilə nəticələnsə də, cütlük tamamilə yollarını ayıra bilmədi.
Boşanmadan sonra geridə qalan 68 milyon dollarlıq nəhəng malikanə bu dəfə onlar üçün yeni bir problemə çevrilib. Lüks ev indi Lopez və Afflekin həyatında “ev böhranı” yaradaraq gündəmdən düşmür.

