Məşhur aktrisa Farah Zeynep Abdullah Barış Arduç ilə birlikdə rol aldığı “Soy” filmi üçün gərgin tempdə çalışmağa davam edir. Gənc aktrisa çəkilişlər zamanı sərf etdiyi fiziki gücü və bunun bədənində yaratdığı təsirləri sosial media hesabında paylaşıb.
Vücudunun hər yeri göyərib
Farah Zeynep Abdullahın paylaşdığı fotolarda bədəninin müxtəlif nahiyələrində yaranan göyərmələr və qızartılar diqqət çəkib. Məşhur aktrisanın xüsusilə ayaq və qol nahiyələrindəki izlər izləyicilərini narahat edib.

Aktrisanın paylaşımı qısa müddətdə gündəm olub. Pərəstişkarları ona “Özünə diqqət et”, “Keçmiş olsun” və “Çox yorulmusan” kimi şərhlər yazıblar.
“Soy” filmi üçün gərgin tempdə çalışan aktrisanın aksiya və fiziki güc tələb edən səhnələrdə çətinlik çəkdiyi bildirilir. Onun paylaşımı kino dünyasında da diqqət doğurub.

