Zeynep Bastık ilə Serkay Tütüncü münasibətlərində yeni mərhələyə keçib.
Təxminən iki ildir birlikdə olan məşhur cütlük Paris tətilində evlilik qərarı verib.
Romantik atmosferdə diz çökərək sevgilisinə evlilik təklifi edən Serkay Tütüncü “bəli” cavabını alıb.
Cütlüyün xoşbəxt anları sosial şəbəkələrdə qısa müddətdə gündəm olub.

Onların münasibəti ilk dəfə 2024-cü ilin yayında Kenan Doğulunun ad günü partisində birlikdə görüntülənmələri ilə ortaya çıxmışdı.
Daha sonra Çeşmə tətilində əl-ələ görüntülənən cütlük sevgilərini gizlətməyib.
Zeynep Bastık sosial media hesabında paylaşdığı emosional mesajla da sevgisini dilə gətirib.
Sənə çox aşiqəm, — deyə müğənni bildirib.

