Türk kinosunun usta aktyorlarından Kadir İnanır ötən gecə səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.
Uzun müddətdir sağlamlıq problemləri yaşayan məşhur sənətçinin gecə saatlarında halı pisləşib. Kadir İnanırın xəstəxanada göstərilən ilk müdaxilədən sonra reanimasiya şöbəsinə alındığı öyrənilib.
Habertürkdən Mustafa Şekeroğlunun məlumatına görə, yaxınları vəziyyəti fərq etdikdən sonra məşhur sənətçi təcili olaraq Beşiktaşdakı xəstəxanaya aparılıb. Xəstəxanada ilkin tibbi yardım göstərilən İnanır həkimlərin nəzarətindən sonra reanimasiyaya yerləşdirilib.
Məşhur aktyorun səhhəti ilə bağlı xəstəxanadan hələlik rəsmi açıqlama verilməyib. Onun sağlamlıq vəziyyətinin yaxından izlənildiyi bildirilir.

