13 
apr
2024
10:30
534

Çingiz Abdullayevin vəziyyəti necədir? YENİLƏNİB

13 apr, 2024
10:30
534

Çingiz Abdullayevin vəziyyəti necədir? YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti pisləşib. 

“Den.az” onun səhhəti ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinə sorğu ünvanlayıb.

Qurumun mətbuat katibi Xəyal Rza saytımıza bildirib ki, hazırda yazıçının vəziyyəti yaxşıdır: “Hazırda Çingiz müəllim yaxşıdır. Hələ ki evə buraxılmayıb”.

X.Rza Çingiz Abdullayevin gələn həftə işə çıxacağını da əlavə edib.

Qeyd edək ki, Çingiz Abdullayev Mərkəzi Gömrük Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilmişdi. Yazıçının 4 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxıldığı, ötən gün isə halının yenidən pisləşdiyi bildirilirdi.


*******
Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti ağırdır.

Den.az xəbər verir ki, yazıçı aprelin 13-ü gecə saatlarında Mərkəzi Gömrük Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

Belə ki, Çingiz Abdullayev 3 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxılıb.

Ötən gün onun halı yenidən pisləşib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar