Məşhur müğənni Haluk Levent səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.
Sənətçi Eskişehirdəki konsertindən sonra AFAD ilə toplantıya getmək üçün yola çıxıb. Lakin yolda halı pisləşən Haluk Levent Qazi Universiteti Tibb Fakültəsinə aparılıb.

İlk tibbi müdaxilədən sonra sənətçinin mədə qanaxması keçirdiyi müəyyən edilib. Bundan sonra Haluk Levent reanimasiyaya yerləşdirilib.
Hazırda müğənninin müalicəsi davam edir.

