Ekranların fenomen serialı “Arka Sokaklar” tamaşaçılarını şoka salan sezon finali fraqmanı ilə gündəmə gəlib.
İllərdir cümə axşamlarının ən çox izlənən layihələrindən biri olan serialın yeni tanıtımında Rıza Baba və əfsanəvi əsas heyətin əməliyyat zamanı şəhid olduğu göstərilib. Bu səhnələr tamaşaçılar arasında böyük təəccüb və narahatlıq yaradıb.

Hər sezon finalında böyük təhlükələrlə üz-üzə qalan “Arka Sokaklar” komandası bu dəfə sanki tamamilə yox olmuş kimi təqdim edilib. Bu görüntülərin arxasında hansı ssenarinin dayandığı isə böyük maraq doğurur.
Tamaşaçılar indi bir sualın cavabını gözləyir: bu səhnələr komandanın gizli əməliyyat üçün qurduğu tərs köşə planıdır, yoxsa həqiqətən bir dövrün sonu gəlir?
Cavab cümə axşamı yayımlanacaq böyük sezon finalında məlum olacaq.

