Türkiyənin məşhur sənətçisi Sibel Can Kiprdə yerləşən Lord’s Palace Hoteldə səhnəyə çıxıb.
Sənətçi konsertdə dinləyicilərinə unudulmaz musiqi gecəsi yaşadıb. O, son albomu *Drama”da yer alan yeni mahnılarla yanaşı, illərdir dillərdən düşməyən məşhur hitlərini də ifa edib.
Sibel Can həm repertuarı, həm də səhnə performansı ilə tamaşaçıların marağına səbəb olub. Gecədə sənətçinin zərif və diqqətçəkən səhnə tərzi də gündəm olub.

Müğənni konsert zamanı yaxın vaxtlarda musiqisevərlərə təqdim edəcəyi sürpriz layihələr barədə də işarə verib.
Lord’s Palace Hotel-də izləyicilər qarşısına çıxan Sibel Can gecə boyu həm yeni mahnıları, həm də karyerasına damğa vuran sevilən əsərləri ilə pərəstişkarlarının alqışlarını qazanıb.

