Altı aydır Silivri həbsxanasında saxlanılan iş adamı Murat Osman Özdemir yazdığı xüsusi məktubla susqunluğunu pozub.
Müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı olan Özdemir Türkiyə ədalətinə güvəndiyini bildirib, barəsində səsləndirilən cinayətkar təşkilat iddialarını rədd edib.
O, şübhəlisi belə olmadığı işlərlə adının hallanmasına etirazını bildirib.

Milliyyətçi ailədən gəldiyini vurğulayan Özdemir məktubunda “Cənab Prezidentimizin yolunda şərəflə irəliləməyə davam edəcəyəm” ifadələrini işlədib.

