Məşhur sənətçi Yılmaz Morgül açıqlamaları ilə maqazin gündəmində diqqət çəkib. Morgül karyerasının ilk illərində dəstək verdiyini dediyi Ebru Gündeşi vəfasızlıqda ittiham edərək, haqqımı halal etmirəm ifadəsini işlədib. Müğənni Yılmaz Morgül keçmişlə bağlı diqqət çəkən iddialar səsləndirib. Açıqlamaları ilə maqazin gündəminə bomba kimi düşən Morgül, müğənni Ebru Gündeşin musiqi karyerasının başlanğıcında özünün mühüm rol oynadığını iddia edib. Morgül bu dəstəyin qarşılığında vəfasızlıq gördüyünü bildirib.
İlk səhnə geyimini belə mən tikdirmişdim
Saba Tümerin proqramına qonaq olan Morgül, Gündeşin səhnəyə çıxmasında aktiv rol oynadığını qeyd edərək, ilk səhnə fəaliyyətinə mən səbəb oldum, onun kollektivə qəbul olunmasını təmin etdim. İlk səhnə kostyumunu belə mən tikdirmişdim deyib. Münasibətlərinin özünün assolist olduğu dövrdə pozulduğunu bildirən sənətçi, həmin prosesdə ona ağır sözlər deyildiyini iddia edib.

Haqqımı halal etmirəm
Baş verənlərdən sonra böyük məyusluq yaşadığını vurğulayan Morgül, mənim işlətməyəcəyim sözlərdən istifadə etdi. Ona çox incimişəm, heç bir halda haqqımı halal etmirəm sözləri ilə reaksiyasını ifadə edib.
Yolumu həmişə kəsdilər
Yılmaz Morgül daha sonra super ulduz Ajda Pekkan barədə də narazılığını dilə gətirib. Morgül bildirib ki, Türkiyədə önəmli tenorlardan biriyəm, amma yolumu həmişə kəsiblər. Mahnım çıxmamışdan əvvəl məni ilk dinləyən iki nəfər Ajda Pekkan və Adnan Şenses idi. Yolumu həmişə bağladılar ifadələrini işlədib.

