Britaniyalı məşhur müğənni Bonni Tayler 75 yaşında vəfat edib.
BBC-nin məlumatına görə, sənətçi müalicə aldığı Portuqaliyadakı xəstəxanada dünyasını dəyişib. Onun ölümü musiqi dünyasında böyük kədər yaradıb.
Bonni Tayler xüsusilə “Total Eclipse of the Heart”, “Holding Out for a Hero” və “It's a Heartache” kimi dünya şöhrətli hitləri ilə tanınırdı.

Müğənninin ailəsi və nümayəndələri ictimaiyyətdən bu ağır günlərdə onların şəxsi həyatına hörmətlə yanaşmağı xahiş ediblər. Onlar sənətçinin vəfatı ilə bağlı əlavə məlumatların daha sonra veriləcəyini bildiriblər.
Qeyd olunur ki, Bonni Tayler bundan əvvəl Portuqaliyada təcili əməliyyat keçirmişdi. Həkimlər vəziyyətinin ağır olmasına baxmayaraq, onun tam sağalacağını proqnozlaşdırırdılar.

