Britaniyalı kinoaktyor Con Nolan 88 yaşında vəfat edib, bu barədə Herald qəzeti məlumat yayıb.
Aktyor aprelin 11-də dünyasını dəyişib, hadisənin detalları açıqlanmır.
Britaniyalı kinoaktyor Con Nolan 88-ci yaşında vəfat edib. Aktyor şənbə günü dünyasını dəyişib, lakin heç bir əlavə məlumat verilməyib, — deyə Herald yazır.
1960-cı illərin sonlarından etibarən Con Nolan onlarla filmdə rol alıb. Ona ən böyük şöhrəti “Betmen: Başlanğıc”, “Qaranlıq cəngavər: Əfsanənin qayıdışı” və “Dünkirk” filmlərindəki rolları qazandırıb.
O, məşhur britaniyalı rejissor, iki “Oskar” mükafatı laureatı Kristofer Nolanın əmisi olub. Bundan əlavə, o, ssenarist Conatan Nolanla da qohum idi.

