“Yaprak Dökümü” serialı yayımlandığı dövrdən illər keçməsinə baxmayaraq, həm təkrar yayımları, həm də aktyor heyəti ilə gündəmdə qalmağa davam edir.
Halil Ergün, Güven Hokna, Bennu Yıldırımlar, Gökçe Bahadır və Fahriye Evcen kimi tanınmış aktyorların rol aldığı serialın qəhrəmanlarının illər sonrakı görünüşü tamaşaçılar tərəfindən maraqla araşdırılır.
Bu adlardan biri də serialda canlandırdığı “Şevket” obrazı ilə yadda qalan Caner Kurtarandır.
“Yaprak Dökümü”ndən sonra “Aşk ve Ceza”, “Tek Yürek”, “Kimse Bilmez”, “Eşkıya Dünyaya Hükümdar Olmaz” və “Hudutsuz Sevda” kimi layihələrdə rol alan aktyor hazırda 47 yaşındadır.
Uzun müddətdir ekranlardan uzaq və sakit həyat tərzi sürən Caner Kurtaranın son fotoları sosial mediada geniş müzakirə yaradıb.

Aktyorun illər ərzində dəyişən görünüşünü görən bəzi istifadəçilər onu tanımaqda çətinlik çəkdiklərini bildiriblər.
“Küçədə görsəm, yəqin ki, tanımazdım” və “Zaman həqiqətən amansızdır” kimi şərhlər yazılıb.
Bununla yanaşı, bir çox izləyici aktyorun xarizmasını qoruduğunu və illər keçsə də ekranların yadda qalan simalarından biri olaraq qaldığını qeyd edib.

