Ekranların maraqla izlənən seriallarından “Halef: Köklerin Çağrısı” sezon finalı ilə tamaşaçılara qısa fasilə verməyə hazırlaşır.
Şanlıurfada çəkilən və yayımlandığı müddətdə geniş tamaşaçı kütləsi qazanan serialda yeni mövsüm öncəsi önəmli ayrılıqların yaşanacağı iddia olunur.
Kulis məlumatlarına görə, serialda Melek obrazını canlandıran Aybüke Pusat yeni sezonda layihədə yer almayacaq. Mövzu ilə bağlı hələlik nə istehsalçı şirkətdən, nə də aktrisadan rəsmi açıqlama verilib.
İddialara əsasən, sezon finalında Melek obrazının hekayəsi tamamlanacaq. Aybüke Pusatın ayrılıq qərarında serialın növbəti bölümlərində digər baş rol obrazlarının daha çox ön plana çıxmasının təsirli olduğu bildirilir.
Bu səbəbdən aktrisanın yeni mövsümdə komanda ilə yoluna davam etməmək qərarı aldığı danışılır.
Digər tərəfdən, serialdakı dəyişikliklərin yalnız Aybüke Pusatla məhdudlaşmayacağı qeyd olunur. İddialara görə, Seda Akman, Sezin Bozacı, Hakan Dinçkol və Emre Bulut da yeni sezon öncəsi layihəyə vida edəcək adlar arasındadır.

