Sevilən sənətçi Yıldız Tilbe Bursa Kültürpark Açıq Hava Teatrında səhnəyə çıxıb.
Konsertdə Tilbe onu dinləməyə gələn pərəstişkarlarının müşayiəti ilə sevilən mahnılarını ifa edib.
Konsertin sonuna yaxın iş adamı İbrahim Sayın tərəfindən sənətçinin 60 yaşı tort və vizual şou ilə qeyd olunub.

Doğum günü sürprizindən sonra Yıldız Tilbe bu sözləri deyib:
“Doğum günü qeyd etmək mənə çox mənasız gəlir. Bitən 60 ilin nəyini qeyd edim? 70 olacağam? Mənə qəribə gəlir. Bitən bir şeyin qeyd olunması fərqli hiss etdirir. Amma təşəkkür edirəm. İbrahim, sən mənim canımsan. Doğum günü ilə bağlı fikrim belədir. Hər kəs üçün Allahdan xeyirlisini, sağlamlıq və hüzur diləyirəm. Dünyada başqa nə var ki?”
Sənətçi çıxışından sonra sevilən mahnılarını səsləndirərək tamaşaçılara unudulmaz gecə yaşadıb.

