Son dövrdə şəxsi həyatı və sosial şəbəkədəki paylaşımları ilə gündəmdə olan aparıcı Ece Erken bu dəfə Acun Ilıcalını sosial şəbəkədə izləmədən çıxarması ilə diqqət çəkib.
Magazin Jurnalistləri Dərnəyinin üzvləri haqqında etdiyi bəzi paylaşımlara görə qınadığı Ece Erken daha əvvəl aparıcı Aysu Molanın başörtülü olmasını tənqid etmişdi. Erken sonradan həmin paylaşımları silsə də, sözləri sosial mediada geniş müzakirələrə səbəb olmuşdu.
“Mənim başörtümdən sənə nə?”
Aysu Mola isə Ece Erkenin başörtüsü ilə bağlı sözlərinə sərt reaksiya verərək belə demişdi:
“Niyə 5 dəqiqə sonra sildin? Emine Erdoğanın Külliyədə verdiyi dəvətləri xatırladın? Mənim başörtümdən sənə nə? Mən sənin bikini paylaşımlarına qarışıram?”

Mənbədə, həmçinin Ece Erkenin yazılı açıqlamasında aktrisa Elçin Sangu ilə bağlı maqazin mətbuatında “karı” ifadəsinin işlədildiyini iddia etdiyi, bununla öz üslubunu müdafiə etməyə çalışdığı bildirilir.
TV8 komandasını izləmədən çıxardı
Ece Erkenin son olaraq iki mövsüm maqazin şərhçisi kimi yer aldığı TV8-dəki “Gel Konuşalım” proqramının komandasını sosial şəbəkədə izləmədən çıxarması diqqət çəkib.
O, Nur Tuğba Namlı və kanalın sahibi Acun Ilıcalı ilə yanaşı, prodüser Feraye Tanyolaç, TV8-in baş direktoru Aslı Çini və proqramın redaktorlarını da izləmədən çıxarıb.
Ece Erkenin yeni mövsümdə “Gel Konuşalım” proqramında yer almayacağı artıq açıqlanıb. Onun Acun Ilıcalı və proqram komandasını izləmədən çıxarması isə sosial mediada ayrılıqla bağlı müzakirələri yenidən gündəmə gətirib.

