Sahibi olduğu televiziya kanalında yayımlanan bəzi futbol matçlarında “qanunsuz mərc” reklamlarının göstərildiyi iddiası ilə haqqında istintaq aparılan Acun Ilıcalı və kanal-platforma rəhbərliyində çalışan 7 nəfərlə bağlı məhkəmə qərar çıxarıb.
DHA-nın məlumatına görə, İstanbul 25-ci Asliye Cəza Məhkəməsində keçirilən prosesdə Acun Ilıcalı və digər 7 nəfərin bəraətinə qərar verilib.
İddianamədə Acun Ilıcalı, sahibi olduğu televiziya kanalı və rəqəmsal platformanın məsul şəxslərinin “qanunsuz mərc reklamı vasitəsilə insanları təşviq etmək”də ittiham olunduğu bildirilirdi.
Prokurorluq aralarında Ilıcalının da olduğu 8 nəfərin 1 il 3 aydan 5 il 3 aya qədər azadlıqdan məhrum edilməsini tələb etmişdi.
Lakin məhkəmə Acun Ilıcalı və kanal rəhbərliyində çalışan 7 nəfər barəsində bəraət hökmü çıxarıb.

