Seda Sayan sosial şəbəkədə ona aid olduğu iddiası ilə yayılan makiyajsız və filtrsiz fotolara sərt reaksiya verib.
Instagram səhifələrindən biri görüntüləri məşhur sənətçinin fotosu kimi paylaşaraq onların süni intellekt vasitəsilə dəyişdirilmiş ola biləcəyini də qeyd edib.
Fotolar qısa müddətdə sosial mediada müzakirə mövzusuna çevrilib. Bundan sonra Seda Sayan paylaşımın şərh bölməsində yazaraq görüntüdəki qadının özü olmadığını bildirib.
“Bu kimdir belə! Axmaqsınız? Mənimlə heç bir əlaqəsi olmayan qadının şəklidir”, – sənətçi yazıb.

Seda Sayanın sərt reaksiyası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər də fotoların həqiqiliyi ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

