Seda Sayan həyat yoldaşı Çağlar Öktenlə alış-veriş edərkən jurnalistlərin kameralarına tuş gəlib. Məşhur sənətçi Ahbap Dərnəyi ilə bağlı istintaq çərçivəsində həbs edilən Haluk Levent haqqında diqqətçəkən açıqlama verib.
“Hürriyet”in məlumatına görə, Seda Sayan Ahbap Dərnəyinə heç vaxt ianə etmədiyini bildirib.
O, Haluk Leventi uzun illərdir tanıdığını qeyd edərək, belə deyib:
“Mən ianə etməmişəm. Öngörüsü yüksək bir qadınam. Haluk Leventi çox əvvəldən tanıdığım üçün mənə elə də güvən vermirdi. Dövlət məni hara yönləndirdisə, ianəmi ora etmişəm.”

Seda Sayanın bu sözləri qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.

