Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 ildən sonra yenidən bir araya gəliblər.
Sənətçilər “Gəlirəm” adlı yeni duetlərini və mahnıya çəkilən klipi təqdim ediblər.
Sevgi mövzusunda olan mahnının söz və musiqisi Namiq Qaraçuxurluya məxsusdur.
Aranjiman üzərində Rasim Əsgərov və Dahin Malik, klipin rejissoru kimi isə Delee Oruclu çalışıb.

