"Günü-gündən yaxşılaşıram. Hər şey yoluna düşür. Müalicəmi alıram. Əməliyyat olundum, çətin deyildi. Yüngül keçdi. Qəfildən şiş əmələ gəldiyini hiss etdim".
Den.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Sevda Əliqızı "Qonaqcanlı verilişində deyib. Onkoloji xəstəlikdən əziyyət çəkən ifaçı hazırda səhhətinin yaxşı olduğunu söyləyib.
S.Əliqızı ayrıldığı həyat yoldaşından bəhs edib:
"İkinci dəfə ailə quranda 7 il sənətə ara verdim. Ailəyə hörmətdən etdim. Oxumağımı istəmədi, mən də oturdum evdə. 7 ildən sonra qayınanam, dayıları, qohumları dedilər ki, bu cür sənəti olanı evdə saxlamağın düzgün deyil. Özü aparıb, özü gətirirdi. Razılıq verməsəydi oxumazdım. Hər şeydən vacib ailədir. Hər zaman ailəni üstün tutmuşam, amma təəssüflər olsun ki... İkinci nikahımdan övladım yoxdur".
Sənətçi duet ortağı, mərhum Xalq artisti Səməd Səmədovdan söz açıb:
"Ondan sonra duet təklifi aldım. Amma özümə söz verdim ki, bir daha duet oxumayacağam. Hər ad günündə, bayramlarda gedib onun məzarını ziyarət edirəm. Ailəsi ilə çox yaxınam, iki gündən bir həyat yoldaşı İradə xanımla danışıram".
Səməd Səmədovdan sonra özünə qadağa qoydu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.