Məşhur türkiyəli müğənni Hadise şəxsi həyatı və gələcək planları ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Orta Şərqin məşhur “ABtalks” proqramına qonaq olan sənətçi aparıcı Anas Bukhashın “Yenidən evlənərsənmi?” sualına tərəddüd etmədən “Bəli” cavabını verib.
Hadise bildirib ki, yenidən ailə qurmaq istəyir və bunun düşündüklərindən daha tez baş verə biləcəyinə inanır.
“Yenidən evlənmək istəyirəm və bunun gerçəkləşəcəyinə həqiqətən inanıram. Hətta insanların gözlədiyindən daha tez də ola bilər. Hər şey mümkündür”, – deyə müğənni bildirib.

Sənətçi hazırda həyatında heç kimin olmadığını da açıqlayıb. Buna baxmayaraq, ana olmaq istədiyini deyib.
Hadise “niyyətin və manifestin gücünə inandığını” qeyd edərək, “İçimdən gələn hiss budur, çünki ana olmaq istəyirəm” sözlərini işlədib.
Xatırladaq ki, Hadise 2022-ci ildə iş adamı Mehmet Dinçerlerlə ailə qurmuşdu. Cütlüyün evliliyi cəmi 5 ay davam etmişdi.
Sənətçinin yenidən evliliyə və ana olmağa hazır olduğunu açıq şəkildə dilə gətirməsi qısa zamanda sosial mediada müzakirələrə səbəb olub.

