Türkiyənin məşhur aktyoru Kadir İnanırın mirası ətrafında mübahisələr davam edir.
Sənətçinin bacısı oğlu Levent İnanır Esra Ezmecinin proqramında iştirak edərək dayısının vəsiyyətinə inanmadığını bildirib.
Onun sözlərinə görə, Kadir İnanır daha əvvəl özünə məxsus torpaq sahələri ilə bağlı fərqli fikirlər səsləndirib. Levent İnanır vəsiyyətnamənin sağlam şəraitdə hazırlanmadığını düşündüyünü qeyd edib.
Kadir İnanırın bütün əmlakını həyat yoldaşı kimi birlikdə yaşadığı Jülide Kurala vəsiyyət etdiyinin üzə çıxmasından sonra Levent İnanır dayısı ilə xəstəxanada etdiyi söhbətdən danışıb.
O iddia edib ki, həmin söhbət zamanı dayısı ona verdiyi etibarnamədən bəhs edib. Levent İnanır bu hadisələrin onda bir sıra suallar yaratdığını bildirib.

Proqramda diqqət çəkən digər iddia isə Kadir İnanırın təxminən 35 milyon türk lirəsi dəyərində olduğu bildirilən qurbağa kolleksiyası ilə bağlı olub.
Levent İnanır kolleksiyanın aktyorun evində olmadığını və hazırda harada saxlanıldığının bilinmədiyini iddia edib.
Onun sözlərinə görə, kolleksiya Kadir İnanır xəstəxanada müalicə aldığı dövrdə yoxa çıxıb.
Levent İnanır məsələ ilə bağlı başqa hüquqi problemlərin də olduğunu bildirib.

