Türkiyəli məşhur aktyor Barış Arduç həyat yoldaşı Qupse Özayı “Gupi ve Gülmeyen Kral” filminin qala gecəsində tək qoymayıb.
Tədbir zamanı jurnalistlərin suallarını cavablandıran aktyor həyat yoldaşının uğurları ilə qürur duyduğunu bildirib.
“Həyat yoldaşımın atdığı hər addımla, onunla bağlı hər şeylə fəxr edirəm. Bu gün də həmin qüruru yaşamağa gəlmişəm”, – deyə Arduç bildirib.
Aktyorun Qupse Özaya ünvanladığı səmimi sözlər qala gecəsinin diqqətçəkən məqamlarından biri olub.

