“Yargı” və “Dengeler: Biri Olmak” kimi layihələrdəki rolları ilə tanınan Cihangir Ceyhan bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.
Türkiyə mediasının məlumatına görə, 2019-cu ildə Fatma Ceyhanla evlənən aktyor həyat yoldaşını indiyədək sosial şəbəkə paylaşımlarında göstərməyib.
Cihangir Ceyhan həyat yoldaşının ad günü münasibətilə birlikdə çəkildikləri fotonu Instagram hesabında paylaşıb. Beləliklə, aktyor evliliyindən illər sonra ilk dəfə həyat yoldaşı ilə birgə fotosunu izləyicilərinə təqdim edib.

Ceyhan fotoya “Ən gözəl yaşlara birlikdə, sevgilim” qeydini əlavə edərək həyat yoldaşını təbrik edib.
Aktyorun şəxsi həyatını uzun müddət ictimaiyyətdən uzaq saxlaması səbəbindən paylaşım qısa müddətdə diqqət çəkib.

