iyl
2023
18:51
177

Vəkillər Kollegiyası vəkilin qonşusunu döyməsi barədə xəbərə münasibət bildirdi

3 iyl, 2023
18:51
177

Vəkillər Kollegiyası vəkilin qonşusunu döyməsi barədə xəbərə münasibət bildirdi

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakıda vəkilin qayınatasıyla birlikdə qonşusunu döyməsi haqqında məlumat yayılıb.

Den.az bildirir ki, Vəkillər Kollegiyasından e-huquq.az-a bildirilib ki, yayılan məlumatda adıçəkilən Məharət Hüseynli adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil.

Qeyd olunub ki, Kollegiyanın rəsmi veb-səhifəsində (www.barassociation.az) yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq şəxslərin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirə bilərlər.

"Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırır və sözügedən xəbəri dərc etmiş KİV-ləri məlumatı dəqiqləşdirib yenidən dərc etməyə dəvət edirik", - deyə Vəkillər Kollegiyası bildirib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar