Qanunvericiliyə görə, vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
Bu ailə üzvləri vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladları, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs, ən çoxu 23 yaşına çatanadək təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlardır. Həmçinin, ata, ana, ər, arvad “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, bu hüquqa malikdir.
Eyni zamanda, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə, sözügedən pensiya həmin şəxsə verilə bilər.
Bundan başqa, şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmadıqda qanunvericiliklə nəzərdə tutulmuş hallarda sosial müavinət almaq hüququ vardır. Maraqlıdır, bu qayda əlliliyə görə pensiya alanlara da aiddir?
Məsələn, ər əlilliyə görə pensiya alır, ailə üzvü (arvad) isə yaşa və ya əlilliyə (orqanizim funksiyalarının 61-100 faiz pozulması ilə əlaqədar əlillik) görə sosial müavinət alır. Bu halda ər vəfat edərsə, ailə üzvü (arvad) ailə başçısını itirməyə görə əmək pensiyası ala bilərmi?
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, vəfat edən şəxsin sosial müavinət alan ailə üzvü əmək pensiyası seçmək hüququna malikdir:
"Vəfat etmiş ailə başçısının yaşa və ya əlilliyə görə əmək pensiyası almasından asılı olmayaraq yaşa və ya əlilliyə görə sosial müavinət alan ailə üzvünün (arvad) ailə başçısını itirməyə görə əmək pensiyasını seçmək hüququ var".
Əlillərin pensiyası ailə üzvlərinə verilə bilər?- RƏSMİ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.