16 
iyn
2023
02:58
301

Yevlaxda fırtına binaların dam örtüyü uçurdu,avtomobillər zərər gördü

16 iyn, 2023
02:58
301

Yevlaxda fırtına binaların dam örtüyü uçurdu,avtomobillər zərər gördü FOTO


Güclü külək Yevlaxda fəsadlar törədib.
"Den.az"-ın yerli bürosu xəbər verir ki, rayonun bir neçə küçə və prospektlərində binaların dam örtüyü uçub,avtomobillərə ziyan dəyib, elektrik enerji verlişində fasilələr yaranıb. Yerli sakinlər bildirib ki,axşam saatlarında fırtına şəkilində başlayan külək,yağış daha sonra ildırım çaxması ilə müşahidə edilib. Güclü külək Yevlax şəhəri Qanboy Quliyev küçəsi 7 a ünvanında yerləşən 5 mərtəbəli, 135 nəfər ailənin yaşadığı binanın, Qarxunlu Əşrəfbəy küçəsi 9 ünvanında yerləşən 5 mərtəbəli, 230 nəfər ailənin yaşadığı binanın dam örtüklərini uçurub. Həmçinin Bakı-Qazax yolunun Yevlax şəhəri ərazisindən keçən 288-ci km-də, yolun kənarında yerləşən avtoservis binasının dam örtüyü güclü küləyə tab gətirməyərək  magistral yola düşüb. Güclü külək bir neçə sakinin avtomobillərində ziyan vurub. Təbiət hadisəsi zamanı şəhərdə ağaclar qırılaraq elektrik xətlərinin üzərinə aşıb,rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Küləyin yaratdığı fəsadın aradan qaldırılması üçün hadisə baş verən ünvanlara Yevlax Rayon İcra hakimiyyətinin, Fövqaladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşları cəlb edilib. Qeyd edək ki, Yevlax Rayon İcra hakimiyyətində yaradılan komissiya dəymiş ziyanın hesablanması işini aparır.






Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar