25 
may
2023
22:25
354

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatında 28 May –Respublika günü - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 illiyi münasibətilə konfrans keçirilib

25 may, 2023
22:25
354

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatında 28 May –Respublika günü - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 illiyi münasibətilə konfrans keçirilib -FOTO

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatında 28 May – Azərbaycan Respublikasının Müstəqillik günü - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 illiyi münasibətilə “Ümummilli Lider Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda konfrans keçirilib.
Den.az xəbər verir ki,Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində abidəsi önünə tər çiçək dəstələri qoydular, əziz xatirəsi ehtiramla anılıb.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının konfrans zalında davam edən tədbirin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirə giriş sözü ilə başlayan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Yüz beş il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Ucar RİHB-nın Şahlıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şahlıq kənd Ərazi Partiya Təşkilatının sədri Rahib Şərifov “28 May – Respublika günü Azərbaycan tarixinin şanlı səhifəsidir”, Ucar şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Lalə Mənsimova “Ümummilli lider Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”, Ucar rayonu, Qazyan kənd 1 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, “Əməkdar müəllim” Yaqut Zeynalova “Azərbaycan Xalq Cümhuriyyətinin qadın siyasəti” mövzularda məruzələr etdilər.
Məruzələrdə qeyd olundu ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Azərbaycan 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illəri ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması, həmçinin həmin dövrdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi ucbatından xaos, anarxiya dövrü kimi xarakterizə olunur. Həmin ağır dövrdə xalq öz xilaskarını-Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycan 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasətin nəticəsində yenidən qurularaq özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi müstəqillik tariximizi tarixi paralellər fonunda təhlil etməyə, indiki və gələcək nəsillərə çatdırmağa, Cümhuriyyət qurucularının zəngin fəaliyyətlərinin təbliğinə geniş imkanlar yaratdı. Bu mühüm addım, eyni zamanda, Azərbaycan xalqının tarixinə sahib çıxan xalq olduğunu, hər bir səhifəsinin təbliğinə xüsusi önəm verdiyini təsdiqlədi.
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan tarixi Zəfərə imza atdı. 30 illik işğala 44 gündə son qoyaraq dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu bir daha sübut etdi ki, bir qarış torpağımızı belə düşmənə vermərik. Hazırda bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfəri ilə sübuta yetirdi.
Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Rayon təşkilatının həyatında fəal iştirak edən bir qrup partiya üzvlərinə Fəxri Fərman və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi təqdim olundu.



























[/center]


DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar