“Baku TV” və Türkiyədə fəaliyyət göstərən “Haber Global” televiziyaları “Şəms Milli Mükafat”ına layiq görülüb.
Den.az “Report”-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Müstəqillik Gününə həsr olunan Şəms Milli Mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, yerli və xarici mətbuat nümayəndələri iştirak ediblər.
Mükafatlandırma mərasiminin açılışı orkestr və xor heyətinin birgə müşayiəti ilə hazırlanmış əsərlə olub.
Sonra mükafatlar təqdim edilib.
Mükafatlandırılanlar arasında “Baku TV”, eyni zamanda Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına verdiyi töhfələrə görə “Haber Global” telekanalı da var. Hər iki televiziya adından mükafatı “Baku TV”nin direktoru Ramin Cəfərov qəbul edib.
Tədbirdə çıxış edən R.Cəfərov mükafatlara görə təşkilatçılara təşəkkür edib. O bildirib ki, rəhbərlik etdiyi media qurumu bundan sonra da xəbərlərində operativliyi qorumaq üçün əlindən gələni edəcək.
Xatırladaq ki, “Şəms Milli Mükafatı” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində təsis olunub.
“Baku TV” və “Haber Global” mükafatlandırıldı - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.