20 
iyn
2023
16:58
730

Gədəbəydə DƏHŞƏT: Kəndə Daxili Qoşunlar yeridildi-FOTO VIDEO

20 iyn, 2023
16:58
730

Gədəbəydə DƏHŞƏT: Kəndə Daxili Qoşunlar yeridildi-FOTO VIDEO

Gədəbəydə sakinlərlə, qızıl mədəni işçiləri arasında gərginlik artıb.

"Den.az" xəbər verir ki, bu barədə yerli sakinlər məlumat veriblər.

Rayonun Söyüdlər kəndində Qızıl istehsal edən müəssisənin fəaliyyəti sakinləri narazı salıb. Onlar ətraf mühitə böyük zərər vurduqları və insanların həyatı üçün ciddi təhlükənin olduğunu bildirirlər. 

Qızıl mədənindən axıdılan çirkab suların yaxınlıqlı olan əraziyə daxil olması səbəbindən kənd sakinlərinin heyvanları tələf olub. 

Artıq bir müddətdir gedən mübahisələr artıq kütləvi əlbəyaxa davaya çevrilib. Hətta vəziyyət o yerə çatıb ki, gərginliyi aradan qaldırmaq üçün əraziyə,  DİN-nın Daxili Qoşunların əsgərləri yeridilib.

Hazırda araşdırmalar aparılır

Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar