iyn
2023
00:43
743

Gədəbəydə sakinlərin həyatı təhlükədə,suya zəhər qatılıb? ŞOK İDDİA

3 iyn, 2023
00:43
743

Gədəbəydə sakinlərin həyatı təhlükədə,suya zəhər qatılıb? ŞOK İDDİA - FOTO VİDEO

Gədəbəyin Söyüdlü kəndində sakinlərlə ərazidə fəaliyyət göstərən Qızıl mədəninın işçiləri arasında mübahisə yaşanıb.

Bu barədə “Den.az”-a kənd sakinləri məlumat veriblər.

Kənd sakinləri iddia edirlər ki, müəssisə artıq bir müddətdir istehsal prosesindən çıxarılan tullantıları , onların istifadə etdikləri göl və içməli suyun ətrafına atırlar. Bu da ciddi fəsadlara yol açıb. Artıq həmin göldən su içən heyvanların hamsının tələf olduğunu bildirilir.
Məhz bunu nəzərə alan kənd sakinləri etiraz əlaməti olaraq , şirkətin fəaliyyətni dayandırmasını tələb ediblər. Bununla bağlı aidiyyatı qurumlarada məlumat verərək həyatların təhlükədə olduğunu bildiriblər.

Hətta vəziyyət o yerə çatıb ki, şirkət işçiləri ilə kənd sakinləri arasında insidentin baş verdiyidə iddia edilir. Məsələ ilə bağlı dərhal əraziyə DİN-nin əməkdaşları cəlb edilib. Araşdırmalar aparılır




Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar