29 
iyn
2023
01:21
240

Zelenskidən ukraynalıların müharibə ağrı-acılarının dinməsi üçün təklif: “Kannabis leqallaşdırılsın”

29 iyn, 2023
01:21
240

Zelenskidən ukraynalıların müharibə ağrı-acılarının dinməsi üçün təklif: “Kannabis leqallaşdırılsın” - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə kannabisin (çətənə kolu – red.) leqallaşdırılmasını təklif edib.
“Dünyada tətbiq edilən bütün ən yaxşı təcrübələr, həll yolları, nə qədər çətin və ya qeyri-adi olsalar da, Ukraynada tətbiq edilməlidir ki, Ukrayna vətəndaşlarının hamısı müharibənin ağrılarına, stresə və travmalara dözə bilsin”, - deyə Zelenski deputatlara müraciətində qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, ehtiyacı olan hər kəs üçün kannabis tərkibli dərmanların qanuniləşdirilməsi ədalətli olacaq.
Qeyd edək ki, tibbi kannabisin leqallaşdırılması haqqında qanun 2022-ci ildə Ali Radaya təqdim edilib.
İyunun 7-də Ukrayna Nazirlər Kabineti tibbi kannabisin leqallaşdırılması ilə bağlı qanun layihəsini dəstəkləyib.
Ukrayna Səhiyyə Nazirliyinin rəhbəri Viktor Lyaşko bildirib ki, kannabis tərkibli dərmanlar ağrıkəsici kimi əzələlərin və qan damarlarının spazmlarının aradan qaldırılması, anoreksiyanın müalicəsi, narahatlıq pozğunluqları və travma sonrası stress pozğunluqlarının müalicəsi üçün istifadə olunur.
Mənbə: Strana.ua

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar