Xəbərin Kateqoriyası: Xəbərlər

Ərdoğan altı yaşlı qıza təntənəli dəfn mərasimi söz verdi – VİDEO

  


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kahramanmaraş şəhərində keçirilən partiya konfransında hərbi məktəbdə oxuyan altı yaşlı qızla söhbəti dünya mediasında geniş müzakirə mövzusuna çevrilib.

Den.Az xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” məlumat yayıb.

Ərdoğan şagirdə üz tutaraq, onun döyüşdə öləcəyi təqdirdə, qəhrəman kimi dəfn olunacağını bildirib. Həmin dialoqun videogörüntüsü qəzetin “YouTube” kanalında yayılıb.

“Baxın, burda kim var. Ay qız, sənin burada nə işin var. Burada qırmızı berelilər var, qırmızı berelilər heç vaxt ağlamaz”.

Qırmızı berelilər dedikdə, Türkiyə lideri xüsusi təyinatlı qüvvələri nəzərdə tutub. Videoçarxda azyaşlı qızın gözlərindən yaş axdığını görmək olur.

“Onun cibində Türkiyə bayrağı var... O şəhid olsa, inşallah, bayrağa bürünəcək”, – deyə prezident bildirib. Daha sonra Türkiyə lideri uşaqdan ölkəsi uğrunda xidmət etməyə hazır olub-olmadığını soruşub. Qızcığaz hazır olduğunu bildirib və Ərdoğan onun yanağından öpüb.


 
скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız