28 
may
2023
13:05
245

Kürdəmirdə şəhid Adəm Əliyevin adına kitab təqdimatı olub

28 may, 2023
13:05
245

Kürdəmirdə şəhid Adəm Əliyevin adına kitab təqdimatı olub








Kürdəmirdə Dövlət Rəsm Qalereyasında 2-ci Qarabağ müharibəsinin şəhidi Adəm Əliyevin adına həsr olunmuş kitabın təqdimatı keçirilib.
DEN.AZ xəbər verir ki,Kürdəmir Regional Mədəniyyət İdarəsinin Dövlət Rəsm Qalereyasında şəhid Adəm Əliyevin adına olan böyük sərgi salonunda şairə Esmira Günəşin "Qəlbimizdə yaşayanlar" kitabının təqdimat mərasimi keçirilib. kitabda Kürdəmir şəhidlərindən Adəm Əliyevin və Tural Eyyubovun adları da yer alıb.Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, məktəblilər, Mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Təqdimat nərasimində şəhid Adəm Əliyevə həsr olunmuş videoçarx nümayiş olunaraq, Esmira Günəşin şəhidimizin xatirəsinə həsr etdiyi şeirləri səsləndirilib.Məktəblilərin ifasında müxtəlif vətənpərvərlik mövzusunda kompozisiyalar ifa olunub. Tədbirin sonunda kitabın müəllifi şairə xanım tədbirin təşkil olunmasında əziyyəti olan hər kəsə xüsusilə də şəhid Adəm Əliyevin anası Akifə xanıma və Qalereyanın əməkdaşlarına təşəkkürünü bildirib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra qonaqlar şəhidlər xiyabanını və Adəm Əliyevin bulağını ziyarət
ediblər.

DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar