19 
avq
2023
20:44
206

Xaricdə təhsil alanların diplomları bu formada TANINACAQ...-VİDEO

19 avq, 2023
20:44
206

Xaricdə təhsil alanların diplomları bu formada TANINACAQ...-VİDEO

Xarici diplomların tanınması qaydaları təsdiqlənib.

Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü İlqar Orucov bildirib ki, yeni qaydalarda əsas məqamlardan biri də xaricdə ali təhsil üzrə ixtisasların tanınmasında iki formanın müəyyənləşməsidir. Onlardan biri akademik, digəri isə peşə tanınmasıdır.

 
Xarici diplom sahiblərinə Azərbaycanda işləmək və təhsilini davam etdirmək hüququ verilib.
Tanınma üzrə ümumi tələblər sırasında müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması da yer alıb.


Yeni qaydalar  prosesin daha şəffaf şəkildə həyata keçirilməsinə şərait yaradacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar